• 20 Aprel 2024
logo
Ərdoğan Rusiyanın Türk Dövlətləri Təşkilatının varlığından narahatlığına dair məsələyə münasibət bildirib

Ərdoğan Rusiyanın Türk Dövlətləri Təşkilatının varlığından narahatlığına dair məsələyə münasibət bildirib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın Türk Dövlətləri Təşkilatının varlığından narahat olmasına dair məsələyə münasibət bildirib.
“Anadolu”nun verdiyi xəbərə görə, Türkmənistandan qayıdarkən jurnalistlərin suallarını cavablandıran Ərdoğan deyib ki, xaricdə Türk Dövlətləri Təşkilatının varlığından narahat olan qüvvələr var.
“Amma bu məsələdə Rusiya narahat olub deyə bilmərəm” – Ərdoğan vurğulayıb.