• 5 İyul 2025
logo
Təbrizin "sazı yandıran molla" ləqəbli keçmiş cümə imamı vəfat edib

Təbrizin "sazı yandıran molla" ləqəbli keçmiş cümə imamı vəfat edib

İranın ali lideri Əli Xamneyinin Şərqi Azərbaycandakı nümayəndəsi və Təbrizin keçmiş cümə imamı, Sistemin Məsləhətini Müəyyənləşdirən Şura və Uzmanlar Məclisinin üzvü Möhsün Müctəhid Şəbistəri vəfat edib.
Noyabrın 17-də 85 yaşında ürək tutmasından ölən Şəbistəri əslən Güney azərbaycanlılar. Bu mürtəce düşüncəli molla özəlliklə təbrizlilər arasında anti-türk, anti-Azərbaycan mövqeyinə görə tanınırdı.
1999-cu ildə onun göstərişi ilə Təbrizdə cümə namazı zamanı Amerika bayrağına bürünmüş sazı yandırıldığı üçün əhali onu saz yandıran molla kimi tanıyırdı.
O, Azərbaycan və türk kimliyinə qarşı kəskin mövqeyi ilə seçilirdi.
Möhsün Müctəhid Şəbistəri dəfələrlə milli-mədəni fəalların saxlanılması, təqib olunması və həbsi üçün təhlükəsizlik qüvvələrinə məsləhətlər vermişdi.
Bununla yanaşı keçmiş cümə imamı Azərbaycan Respublikası ilə bağlı siyasi mövqeyinə görə də azərbaycanlıların qəzəbinə tuş gələn fiqurlardan idi.
Təbrizin indiki cümə imamı Məhəmmətağı Ali Haşimin onun ölümü ilə əlaqədar noyabrın 18-ini Şərqi Azərbaycanda ümumi matəm günü elan etməsi əhali tərəfindən qəzəblə qarşılanıb.
Sosial şəbəkələrdə bununla bağlı çoxlu ironik paylaşımlar edilib.
Bir çox sosial media istifadəçisi onun ölümünün azərbaycanlılar üçün kədər doğurmadığını qeyd edib.
Sosial media fəalları müxtəlif ifadələrlə Şəbistərinin şəxsiyyəti və fəaliyyətinin mahiyyətini xatırlayıb, səmimi hisslərini bildiriblər.
Gunaz.tv