“Azərbaycan işğal altında olan torpaqlarını azad edərkən biz öz qardaşlarımızın yanında qətiyyətlə dayandıq”.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "TRT World Forum 2021”də çıxışı zamanı deyib.
O qeyd edib ki, Türkiyə münaqişədən sonra davamlı sülhə nail olmaq üçün təkliflərlə çıxış edir.