• 17 Oktyabr 2021
logo
Ərdoğan: “Talibanın müvəqqəti hökuməti hələ ki gözləntiləri doğrultmur”

Ərdoğan: “Talibanın müvəqqəti hökuməti hələ ki gözləntiləri doğrultmur”

“Əfqanıstanda yeni geopolitik həqiqətlə üz-üzəyik”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20-nin Əfqanıstanla bağlı videokonfrans formatında keçirilən fövqəladə iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, dialoq kanalları açıq tutularaq mərhələli şəkildə Talibanı inklüziv hökumət qurmağa yönəltmək lazımdır.
Ərdoğan bildirib ki, Talibanın müvəqqəti hökuməti hələ ki gözləntiləri doğrultmur.
Əfqanıstanda humanitar böhranın dərinləşdiyini vurğulayan Türkiyə dövlət başçısı əfqan xalqı ilə güclü şəkildə həmrəy olmağın zəruriliyini qeyd edib.
Ərdoğan qeyd edib ki, bir müddət əvvəl Kabil Beynəlxalq Hava Limanında, eləcə də ölkənin digər bölgələrində baş vermiş terror aktları terror təhlükəsinin hələ də qalmasına bariz nümunədir.
Türkiyə Prezidenti ölkəsinin 5 milyon miqranta ev sahibliyi etdiyini də xatırladıb.