• 16 İyul 2024
logo
Səlahəddin Dəmirdaşa 42 il həbs cəzası verildi

Səlahəddin Dəmirdaşa 42 il həbs cəzası verildi

Türkiyədə 6-8 oktyabr 2014-cü ildə baş verən iğtişaşlarla bağlı keçirilən məhkəmə prosesində Xalqların Demokratik Partiyasının (HDP) keçmiş həmsədrləri - Səlahəddin Dəmirdaş ümumən 42 il, Figen Yüksəkdağ isə 30 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Baymedia.az Türkiyə mediasına istinadən xəbər verir ki, partiya mənsubu Əhməd Türk və keçmiş deputat Əminə Aynaya isə hər birinə 10 il həbs cəzası verilib.

Bildirilib ki, S.Dəmirdaş 47 cinayət işi üzrə təqsirli bilinib.