"Diario Sport" satılan mövsüm biletlərinin sayına görə La Liqa klublarının reytinqini dərc edib.
Baymedia.az xəbər verir ki, "Real" 2024/2025 mövsümü üçün satılan abonementlərin sayına görə La Liqada liderdir. Madrid klubunun 60 707 abonementi var. "İlk 5"-liyə həmçinin “Atletiko” (60,285), Betis (50,741), “Atletik” (43,649) və “Sevilya” (39,500) daxildir.
"Barselona" isə cəmi 22600 abonement satıb ki, bu da La Liqada 15-ci göstəricidir. Bu, "Kamp Nou"da yenidənqurma işləri getməsi və komandanın müvəqqəti olaraq ev oyunlarını 55926 nəfər tamaşaçı tutumuna malik Olimpiya Stadionunda keçirməsi ilə bağlıdır.