• 1 Sentyabr 2026
logo
Məşhur qolkiper karyerasını başa vurdu

Məşhur qolkiper karyerasını başa vurdu

Məşhur qolkiper Voytsex Şensnı karyerasını başa vurub.

Baymedia.az xəbər verir ki, 34 yaşlı qapıçı bu barədə İnstaqram hesabında paylaşım edib.

O bildirib ki, həyat yoldaşı və 2 övladına daha çox vaxt ayırmaq üçün bu addımı atıb.

Qeyd edək ki, Voytsex Şensnı 2017-ci ildən “Yuventus”un formasını geyinib.

Polşalı qapıçı İtaliyada "Roma", İngiltərədə "Arsenal" kimi klubların da şərəfini qoruyub.