• 1 Sentyabr 2026
logo
Muay Tay üzrə Türk dünyası çempionatı keçirildi

Muay Tay üzrə Türk dünyası çempionatı keçirildi

14-18 avqust tarixində Türkiyənin İstanbul şəhərində ilk dəfə olaraq Muay Tay üzrə Türk dünyası çempionatı keçirilib.

Baymedia.az xəbər verir ki, ölkəmizi bu yarışda 15 idmançı təmsil edib.

Məlumata görə, yarışda 11 ölkədən 150-dən çox idmançı iştirak edib.

Yarışın təntənəli açılış mərasiminə bütün Türk dövlətləri öz milli rəqsləri və musiqiləri ilə qatılıb.

Yarış komandamız üçün uğurlu alınıb.

İdmançılarımız 4 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb:

48 kq da Natiq Əliyev - qızıl

60 kq da Xəyal Əliyev - qızıl

67 kq da Məhər Əsədzadə - qızıl

86 kq da Səməndər İsgəndərov - qızıl

71 kq da Məhəbbət Hümbətov - gümüş

51 kq da Şoranov Nihad - bürünc

Fatimə Hüseynli isə ən yaxşı xanım idmançı seçilib.

Qeyd edək ki, gələn il Türkiyədən sonra bu mötəbər yarışın ölkəmizdə keçirilməsi üçün Gənclər və İdman Nazirliyinə müraciət olunacaq. Bu yarış Türk xalqalarının birlik və bərabərlik nümunəsidir.