• 1 Sentyabr 2026
logo
Amerikalı gimnast Paris Olimpiadasındakı keyfiyyətsiz qidanı tənqid edib

Amerikalı gimnast Paris Olimpiadasındakı keyfiyyətsiz qidanı tənqid edib

İdman gimnastikası üzrə beşqat Olimpiya çempionu, amerikalı Simona Baylz Parisdəki Olimpiya kəndində yeməklərin keyfiyyətini şübhə altına alıb.

Baymedia.az xəbər verir ki, “RMC Sport” nəşri onun sözlərini sitat gətirir: “Olimpiya kəndində mətbəx tam fransız mətbəxi deyil. Bizim ölkədə (ABŞ-da) o, bir qədər daha faydalıdır", - deyə Baylz bildirib. Komanda yoldaşı Hezli Rivera da onunla razılaşıb.

“Burada yeməklərinin çox keyfiyyətli olduğunu düşünmürəm. Baxmayaraq ki, fransız mətbəxi keyfiyyətli olmalıdır. Bizim burada ən yaxşı şəkildə qidalanmağımıza əmin deyiləm", - deyə Rivera vurğulayıb.

İyulun 30-da Baylz və Riveranın da daxil olduğu ABŞ-ın qadınlardan ibarət yığma komandası Parisdə 2024 Yay Olimpiya Oyunlarında çoxnövçülük üzrə komanda yarışlarının qalibi olub. Nəticədə Baylz beşqat Olimpiya çempionu titulunu qazanıb.