• 1 Sentyabr 2026
logo
Paris-2024: Cüdoçumuz mübarizəni dayandırdı

Paris-2024: Cüdoçumuz mübarizəni dayandırdı

14:38

Azərbaycan cüdoçusu Elcan Hacıyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Baymedia.az xəbər verir ki, 90 kq çəki dərəcəsində yer alan idmançı 1/16 final mərhələsində Türkiyə təmsilçisi Mixael Zqankla üz-üzə gəlib.

Rəqibinə qalib gələn Hacıyev 1/8 finala yüksəlib.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. Azərbaycan cüdoçularından Hidayət Heydərov (73 kq) qızıl medal əldə edib.

***

Azərbaycan cüdoçusu Elcan Hacıyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

90 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində Fransa təmsilçisi Nqayap Hambu ilə üz-üzə gəlib.

Rəqibinə məğlub olan Hacıyev mübarizəni dayandırıb.

Qeyd edək ki, Elcan 1/16 finalda Türkiyə idmançısı Mixael Zqanka qalib gəlib.

Azərbaycan cüdoçularından Hidayət Heydərov (73 kq) qızıl medal əldə edib.