• 1 Sentyabr 2026
logo
“Paris-2024”: Azərbaycan badmintonçusu növbəti görüşünü keçirib

“Paris-2024”: Azərbaycan badmintonçusu növbəti görüşünü keçirib

Azərbaycanın qadın badmintonçusu Keişa Fatimə Zəhra “Paris-2024” Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

Baymedia.az xəbər verir ki, N qrupunda yer alan idmançı ikinci matçında Böyük Britaniya təmsilçisi Kirsti Gilmurla qarşılaşıb.

Rəqibinə hər iki setdə məğlub olan Azərbaycan təmsilçisi mübarizəni dayandırıb - 0:2 (13:21, 11:21). O, ilk görüşündə dünya reytinqinin ilk “onluğ”unda qərarlaşan Çin idmançısına uduzub – 0:2 (21:8, 21:7).

Qeyd edək ki, olimpiadada badminton yarışları iyulun 27-dən avqustun 5-dək təşkil olunacaq.