• 26 Aprel 2024
logo
Bu rayonumuza dolu düşdü

Bu rayonumuza dolu düşdü

İyunun 1-i saat 16:00-a olan məlumata əsasən, Naxçıvan, Ordubad, Daşkəsən, Neftçala, Göygöl, Gədəbəy, Lerik, Yardımlı, Lənkəran, Astarada şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Baymedia.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Gədəbəy rayonu ərazisinə saat 15:12 radələrində qısamüddətli, diametri 6 mm olan dolu düşüb.
“Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 24-29, Naxçıvanda 23-27, Aran rayonlarında 28-31 dərəcə isti, dağlıq rayonlarda 23, yüksək dağlıq ərazilərdə 12 dərəcəyədək isti olub”, - məlumatda vurğulanıb.