• 25 Aprel 2024
logo
Sabahın hava proqnozu açıqlandı

Sabahın hava proqnozu açıqlandı

Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə yağıntılı olacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Baymedia.az-a verilən məlumata görə, cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 3-5° isti, gündüz 5-8° isti, Bakıda gecə 3-5° isti, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.
Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin bəzi şərq rayonlarında arabir yağıntılı olacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2-6° isti, gündüz 6-10° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.