• 4 Fevral 2023
logo
Ötən ay Azərbaycanda 38 uşaq zəhərlənib

Ötən ay Azərbaycanda 38 uşaq zəhərlənib

Kliniki Tibbi Mərkəzə (KTM) noyabr ayı ərzində zəhərlənmə ilə bağlı 900 nəfər müraciət edib.
Mərkəzin Mətbuat Xidmətindən Baymedia.az-a verilən məlumata görə, onlardan 127-i nəfəri Toksikologiya şöbəsinə qəbul edilib, digərlərinə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.
Qəbul olan xəstələrdən 73-ü dərmandan, 18-i sirkə turşusundan, 7-si dəm qazından, 9-u alkoqollu içkidən, 6-sı göbələkdən, 6-sı botulizmdən zəhərlənib. Digərlərindən 3-ü anaflaksiya, 3-ü allergik reaksiya səbəbindən xəstəxanaya yerləşdirilib. Həmçinin onlardan 1-ni ilan, 1-ni isə həşarat sancıb.
Zəhərlənən şəxslərin 43-ü qadın, 46-sı kişi, 38-i isə uşaq olub. Həkimlərin səylərinə baxmayaraq, 1 nəfər dərman zəhərlənməsindən, 2 nəfər sirkə turşusundan, 1 nəfər isə botulizmdən dünyasını dəyişib. Dünyasını dəyişən şəxslərdən 2-si qadın, 2-si kişidir.