• 29 Mart 2024
logo
Sabah yağış yağacaq

Sabah yağış yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Baymedia.az-a verilən məlumata görə, səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Abşeron yarımadasında havanın temperaturu gecə 17-20° isti, gündüz 23-26° isti, Bakıda gecə 17-19° isti, gündüz 23-25° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 % olacaq.
Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 15-19° isti, gündüz 26-31° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacaq.