• 3 Dekabr 2022
logo
Koronaya yoluxanların sayı kəskin azaldı

Koronaya yoluxanların sayı kəskin azaldı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 92 yeni yoluxma faktı qeydə alınıb, 143 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Baymedia.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 821 532 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 810 730 nəfər müalicə olunaraq sağalıb, hazırda 883 aktiv xəstə var. Bu günə qədər 9 919 nəfər vəfat edib.