• 15 Avqust 2022
logo
Ləğv olunmuş neft quyularından evlərə qədər məsafəylə bağlı tələb müəyyənləşib

Ləğv olunmuş neft quyularından evlərə qədər məsafəylə bağlı tələb müəyyənləşib

Nazirlər Kabineti “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nda dəyişiklik edib.

Dəyişikliyə əsasən, əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün bu obyektlər ətrafında müəyyənləşdirilən xüsusi mühafizə zonalarına dair yeni tələblər müəyyənlşdirilib.

Neftqazçıxarma sənayesi obyektlərindən yaşayış binalarına, fərdi yaşayış evlərinə, yataqxanalara, ictimai və inzibati binalara, müvəqqəti salınmış qəsəbələrə, sənaye və kənd təsərrüfatı müəssisələrinə, elektrikötürücü xətlərinə və elektrik yarımstansiyalarına qədər minimum məsafələr (metrlə) aşağıdakı cədvəldə verilib:

2Sıra

№-si

Neftqazçı- xarma sənayesi obyektləri

Yaşayış binaları, fərdi yaşayış evləri, yataqxa- nalar, inzibati binalar və müvəq- qəti salınmış qəsəbə- lər

İctimai binalar (mədəniy- yət və təhsil müəssisələri- nin binaları, uşaq bağçası-körpələr evi, tibb müəssisələri- nin binaları, iri ticarət mərkəzləri, əyləncə

kompleksləri və s.)

Sənaye və kənd təsərrü- fatı

müəssi- sələrinin binaları

Elektrik- ötürücü xətləri (hava xətləri - 6 kV və yuxarı)

Elektrik yarım- stansiya- ları (35/6 kV və yuxarı)

1

2

3

4

5

6

7

1.

Fontan, qazlift və dalma nasosları ilə təchiz olunmuş

quyular

300

500

100

60

100

2.

Mancanaq dəzgahı ilə istismar olunan və

basqı quyuları

150

250

50

30

50

3.

Ləğv

olunmuş quyular

75

125

25

15

25

4.

Neftin çıxarıl- ması üçün A və B kateqoriyalı bina və qurğu- lar (ölçmə qurğusu, separator qur- ğusu, nasos stansiyası, kompressor stansiyası, neftin hazırlan- ma qurğusu, atqı qurğusu, mərkəzi yığım məntəqəsi və

s.)

300

500

100

elektrik qurğula- rının quraş- dırılması qaydala- rının tələblə- rinə uyğun

80

3

1

2

3

4

5

6

7

5.

Qazın

yandırılması üçün məşəl

300

500

100

60

100

6.

Qazatqı şamı

300

500

100

30

30

Qeyd edək ki, indiyə qədər obyektlər ətrafında xüsusi mühafizə zonaları aşağıdakı kimi müəyyən edilmişdi:

Neftqazçıxarma sənayesi obyektlərinin adı

Şəxsi tikililər

(metr)

Təsərrüfat obyektləri

(metr)

Kənd təsərrüfatı obyektləri

(metr)

MM

MZ

MM

MZ

MM

MZ

Quyular, separatorlar və qızdırıcı avadanlıq

300

qadağandır

500

qadağandır

100

qadağandır

Neft rezervuarları və nasos avadanlığı

300

qadağandır

500

qadağandır

-

qadağandır

Elektrikötürücü xətləri

12-19

10-15

12-19

10-15

12-19

10-15

Nazirlər Kabinetinin izahında bildirilib ki, istismarda olan və ləğv olunmuş neft-qaz quyularının mühafizə məsafələri onların təhlükəliliyi baxımından fərqli olduğu halda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 6 fevral tarixli 31 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları” normativ sənədində ümumi olaraq bütün quyular üçün minimum məsafə eyni göstərilib. Bakı və Abşeron yarımadasında kifayət qədər ləğv olunmuş neft quyuları vardır ki, bu da həmin ərazilərdə tikinti-quraşdırma işlərinin aparılması zamanı mübahisəli məsələlərin yaranmasına gətirib çıxarır. Qərarın qəbulu ləğv olunmuş quyular da daxil olmaqla neft-qazçıxarma sənayesi obyektlərinin mövcud olduğu ərazilərdə tikinti-quraşdırma işlərinin aparılması zamanı, o cümlədən tikilmiş obyektlərlə bağlı mübahisəli məsələlərin yaranmasının qarşısının alınmasında və həllində çox böyük təsir göstərəcək, həmçinin insanların təhlükəsizliyi nəzərə alınmaqla sözügedən ərazilərdə torpaqların səmərəli istifadəsinə şərait yaradacaq.