• 13 Avqust 2022
logo
Azərbaycanda son sutkada 12 nəfər COVID-19-a yoluxub

Azərbaycanda son sutkada 12 nəfər COVID-19-a yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 12 yeni yoluxma faktı qeydə alınıb, 6 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxanlar arasında ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 793 176 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 298 nəfər müalicə olunaraq sağalıb, 9 717 nəfər vəfat edib, aktiv xəstə sayı 161 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 541, ötən müddət ərzində isə ümumilikdə 6 956 005 test aparılıb.