• 29 Mart 2024
logo
TƏBİB: Erkən nikahın tibbi fəsadları çox ciddidir

TƏBİB: Erkən nikahın tibbi fəsadları çox ciddidir

“Azərbaycanda yetkinlik yaşına çatmayanların hamiləlik statistikasını apara bilmirik“.

Bunu TƏBİB-in Tibbi Fəaliyyətin təşkili departamentinin koordinatoru Hicran Kazımova deyib.

O bildirib ki, yeniyetmələrin 15%-də çanağın darlığı müşahidə edilir:

"Erkən nikahın tibbi fəsadları çox ciddidir. Yeniyetmələrdə hamiləliyin sonunda uşağın itirilməsi normal yaşda hamiləlik keçirən qadınlardan iki dəfə çoxdur. Bundan başqa, bətndaxili inkişaf geriliyi, qüsurları müşahidə edilir. Tibb müəssisələrinə əgər 18 yaşına çatmamış hamiləliklə bağlı müraciət olunursa, bu zaman müəssisə tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunur. Bu da təbii ki, hüquqi prosedurların başlamasıdır. Buna görə də biz Azərbaycanda yetkinlik yaşına çatmayanların hamiləlik statistikasını apara bilmirik".