• 19 Aprel 2024
logo
Azərbaycan-Türkiyə Dostluq Mərkəzinin açılışı olub

Azərbaycan-Türkiyə Dostluq Mərkəzinin açılışı olub

İkinci Qarabağ müharibəsində ADNSU-nun 23 tələbəsi şəhid olub.
Bunu Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı ADNSU-da Azərbaycan-Türkiyə Dostluq Mərkəzinin açılışında deyib.
M. Babanlı qeyd edib ki, ADNSU-nun iki sinif otağı və mühazirə zalına türkiyəli şəhid professor İlhan Varank və Erol Olçokun adları verilib. Azərbaycan və Türkiyə qardaşlığı hər zaman yüksək səviyyədə olub: "İkinci Qarabağ müharibəsində universitetimizin 23 tələbəsi şəhid olub. Universitetimizdə şəhid adları veriləcək auditoriyalar açılacaq. İlk olaraq türkiyəli professorların adı verilən sinif otaqları oldu. Davamlı şəkildə Vətən müharibəsində həyatını itirən ADNSU-nun şəhid tələbələrinin adları da sinif otaqlarına veriləcək".
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı çıxışında bildirib ki, həmin gecə heç vaxt insanların yaddaşlarından silinməyəcək: "Kimliyi məlum olmayan, dövlətin suyunu içən, pulunu yeyənlər vəhşicəsinə, namərdcəsinə günahsız insanların canını aldılar. Türkiyə və Azərbaycan şəhidlərinin əziz xatirəsinə sahib çıxan insanların dəstəyi hər zaman güclü şəkildə dayanırıq. Türkiyə daim öz sözünü deməkdə azad və güclü dövlətdir. Türkiyə Azərbaycanın haqlı davasında yanında və arxasında olan ilk dövlət olub. Bu dəstək bundan sonra da eyni şəkildə davam edəcək. Bu gün açılışı olan mərkəz "bir millət, iki dövlət" anlayışını daha da gücləndirmiş olacaq".
Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank bu gün çox kədərli olduğunu vurğulayıb: "Sinif otaqlarından birinə adı verilən İlhan Varank qardaşım olub. Qardaşım öz həyatını türk gənclərinin yaxşı gələcəyi üçün qurban verdi".
"Azərbaycan "Teknofest" festivalı sayəsində gənc nəslə texnoloji sahədə olan yenilikləri öyrədəcək imkan yaratmış olur. İki ölkə qardaşlığı bu vasitəsilə daha da güclənmiş olacaq. Bu kimi geniş tədbirlərlə türk dövlətlərinin gücünü bütün dünyaya göstərmiş oluruq. 15 iyul çevrilişində bizim yanımızda olduğunu bildirən ilk dövlət məhz Azərbaycan oldu. Biz də Türkiyə olaraq daim qardaş ölkənin yanındayıq" - türkiyəli nazir əlavə edib.
Tədbirin sonunda qonaqlara xatirə hədiyyəsi təqdim olunub.

Azərbaycan-Türkiyə Dostluq Mərkəzinin açılışı olub - FOTO Azərbaycan-Türkiyə Dostluq Mərkəzinin açılışı olub - FOTO Azərbaycan-Türkiyə Dostluq Mərkəzinin açılışı olub - FOTO Azərbaycan-Türkiyə Dostluq Mərkəzinin açılışı olub - FOTO Azərbaycan-Türkiyə Dostluq Mərkəzinin açılışı olub - FOTO Azərbaycan-Türkiyə Dostluq Mərkəzinin açılışı olub - FOTO Azərbaycan-Türkiyə Dostluq Mərkəzinin açılışı olub - FOTO Azərbaycan-Türkiyə Dostluq Mərkəzinin açılışı olub - FOTO Azərbaycan-Türkiyə Dostluq Mərkəzinin açılışı olub - FOTO Azərbaycan-Türkiyə Dostluq Mərkəzinin açılışı olub - FOTO Azərbaycan-Türkiyə Dostluq Mərkəzinin açılışı olub - FOTO Azərbaycan-Türkiyə Dostluq Mərkəzinin açılışı olub - FOTO Azərbaycan-Türkiyə Dostluq Mərkəzinin açılışı olub - FOTO Azərbaycan-Türkiyə Dostluq Mərkəzinin açılışı olub - FOTO Azərbaycan-Türkiyə Dostluq Mərkəzinin açılışı olub - FOTO Azərbaycan-Türkiyə Dostluq Mərkəzinin açılışı olub - FOTO Azərbaycan-Türkiyə Dostluq Mərkəzinin açılışı olub - FOTO Azərbaycan-Türkiyə Dostluq Mərkəzinin açılışı olub - FOTO Azərbaycan-Türkiyə Dostluq Mərkəzinin açılışı olub - FOTO