• 20 Aprel 2024
logo
Onkoloji xəstələrin sayı və müalicə xərcləri məlum olub

Onkoloji xəstələrin sayı və müalicə xərcləri məlum olub

Hazırda 58 024 onkoloji xəstə qeydiyyatdadır.
Bu, “2021-ci il dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilmiş dövlət proqramları və tədbirlər”də yer alıb.
Hesabatda bildirilir ki, Azərbaycan Respublikasında onkoloji xəstəliklər üzrə tədbirlərinin maliyyə təminatı tədbirləri çərçivəsində 48,3 milyon manat vəsait xərclənib.
2021-ci il ərzində qeydiyyatda olan onkoloji xəstələrə göstərilən şüaterapiya xidmətlərinin sayı 7807, Nüvə təbabəti şöbəsi, Radionuklid terapiya şöbəsində 2021-ci il ərzində göstərilən xidmətlərin sayı 3220 (PET-KT müayinəsi, onkoloji və kardioloji xəstəliklərin erkən diaqnostikasında bütün bədən hüceyrələrini 20 dəqiqəlik qısa bir zaman ərzində molekulyar səviyyədə yoxlayaraq müvafiq xəstəliklərə diaqnoz qoyulması və s.) olub.
2021-ci ildə Mərkəzə 163519 pasiyent müraciət edib.