• 23 Aprel 2024
logo
Qubaya 14 sm qar yağıb

Qubaya 14 sm qar yağıb - FOTO 

Ötən gün axşam saatlarından başlayaraq şimal bölgəsində hava şəraiti pisləşib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, regionun bəzi ucqar yaşayış məntəqələrinə qar yağıb.
Qubanın Qrız kəndində 14 sm qar yağıb, havanın temperaturu mənfi 1 dərəcəyədək enib. Xınalıq kəndində qarın hündürlüyü 10 sm çatıb.
Ucqar dağ kəndlərində qar yağmaqda davam edir.