• 19 May 2022
logo
“Ağırlaşma halları və ölüm riskini önləmək üçün alimlər buster dozanın zərurətini önə çəkir”

“Ağırlaşma halları və ölüm riskini önləmək üçün alimlər buster dozanın zərurətini önə çəkir” -Könül İsmayılova

“Hazırda, koronavirusla yoluxma dinamikasının artmasında əsas dominantlıq omikron ştammının payına düşür”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında Səhiyyə Nazirliyinin ictimai səhiyyə və İslahatlar mərkəzinin həkim mütəxəssisi Könül İsmayılova deyib. O, bildirib ki, bu ştammın yoluxma sürətinin digər ştamlara nəzərən daha yüksək olması, yoluxma hallarının yaxın aylarda daha çox artması ilə bağlı irəli sürülən fikirlərin doğruluğunu təsdiq edir: “Bununla yanaşı olaraq, xəstəliyin gizli dövrünün qısalması faktı da məlum olduğundan, normal şərtlər daxilində keçən xəstəlik halları, əvvəlki “Delta” ştammı ilə müqayisədə daha tez sağalma tezliyinə malikdir. Bu səbəbdən də, dünya ölkələrində ÜST tövsiyəsinə əsasən karantin qaydaları ilə bağlı dəyişikliklər qəbul edildi”.
Könül İsmayılova əlavə edib ki, laboratoriya testinin nəticəsi pozitiv olan xəstələrin, həmçinin onlarla təmasda olan şəxslərin yaşayış yerində və ya olduğu yerdə təcrid olunma müddəti 14 gündən 7 günə azaldılıb: “-COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikat şəxsin pozitiv PZR test nəticəsi tarixindən 7 gün (əvvəl 14 gün) sonra veriləçək.
- Xəstəlik əlaməti olan işçinin laborator üsul ilə COVID-19 təsdiqləndiyi halda, onunla sıx təmasda olan əməkdaşlardan test götürülməsi zərurəti aradan qaldırılır.
O cümlədən də, bizim ölkəmizdə yuxarıda qeyd olunan dəyişikliklər həyata keçirilir. Lakin, sürətli yoluxma tezliyi və baş verə biləcək ağırlaşma halları və ölüm riskini önləmək üçün alimlər buster dozanın zərurətini önə çəkir. Çində aparılan bir araşdırmaya görə, buster dozadan sonra antitellərin titri daha yüksək olub. Dünya təcrübəsi və aparılmış elmi tədqiqat nəticələrinə əsaslanaraq, NK 30 dekabr, 2021-ci il tarixli 419 n-li qərarına əsasən, fevralın 15dən sonra, ikinci doza üzərindən 6 aydan çox müddət keçdikdə, covid pasportları etibarsız hesab olunacaq”.

Əli Zülfüqaroğlu