• 26 May 2022
logo
Binabın sənaye şəhərciyi ekoloji problem yaradır

Binabın sənaye şəhərciyi ekoloji problem yaradır

Binabın sənaye şəhərciyi ekoloji problem yaradır. Sosial şəbəkə istifadəçiləri çirklənmə nəticəsində baş verəcək xəstəliklər barədə xəbərdarlıq ediblər. Yerli sosial media istifadəçiləri və ətraf mühit fəallar bununla əlaqədar yaydıqları videolarda Şərqi Azərbaycan əyalətinin Binab şəhərinin sənaye şəhərciyinin qeyri-standart fəaliyyətinin ekologiyanı çirkləndirdiyini, müxtəlif xəstəliklərin yaranmasına səbəb olduğunu bildiriblər. Fəallar sənaye şəhərci, şüşə zavodu ilə yanaşı Binabın mazutdan istifadə edən "Səhənd" istilik elektrik stansiyasının ekologiyanı çirkləndirməsi nəticəsində bölgədə xərçəng, ürək-damar və tənəffüs problemləri xəstəliklərinin genişləndiyini bildiriblər. Ətraf mühit fəalları qeyd edirlər ki, sənaye şəhərciyində fəaliyyət göstərən poladəritmə müəssisəsinin kürələri təmizlənmədiyi, filtrizasiya sistemlərinin quraşdırılmadığı üçün kimiyəvi maddələr havaya buraxılır. Onlar Binabda hava çirkliliyinin səviyyəsini göstərən lövhələrin bilərəkdən quraşdırılmadığını yazır və sənaye şəhərciynə nəzarət edənlərin, məsulların əhalinin sağlamlığına əhəmiyyət vermədiklərini bildirirlər. Qeyd edək ki, bu tip müəssisələrin fəaliyyətinə Ətraf Mühitin mühafizəsi İdarəsi nəzarət edir. Həmin qurum uzun illərdir ki, Təbriz və Binab şəhərlərində istilik elektrik stansiyalarında mazutdan istifadəyə və ətraf mühitin çirklənməsinə göz yumurlar. Gunaz.tv