• 27 Yanvar 2022
logo
Türkiyədə müalicə alan daha 5 qazimiz Vətənə dönüb

Türkiyədə müalicə alan daha 5 qazimiz Vətənə dönüb

Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 5 qazimiz sağalaraq Vətənə geri dönüb:
Bu barədə "YAŞAT" Fondundan bildirilib.
Məlumata görə, Türkiyəyə göndərilən Əmrahov Ruslan Rəşid oğlu, Mikayılov Ruzigar Namiq oğlu, Ələkbərov Seymur Eyvaz oğlu, Salayev Namiq Həsən oğlu və Şirəliyev Mehman İbrahim oğlunun müalicə proseduru artıq uğurla yekunlaşıb.
Onların qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.
"YAŞAT" Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 35 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir.
“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.
Allah qazilərimizə şəfa versin!
Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.
Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau
Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.