• 28 Mart 2024
logo
Gələn ilin sosial müdafiə və sosial təminat xərcləri üçün ayrılacaq vəsait məlum olub

Gələn ilin sosial müdafiə və sosial təminat xərcləri üçün ayrılacaq vəsait məlum olub

Gələn ilin dövlət büdcəsindən sosial müdafiə və sosial təminat xərcləri üçün ayrılan vəsait məlum olub.
Bu, "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, sosial müdafiə və sosial təminat xərclərinə 3 565 794 062,0 manat vəsait ayrılacaq. Sosial müdafiə xərcləri üçün 310 043 606,0; sosial təminat üçün 5 243 653,0; sosial müdafiə və sosial təminat sahələri üzrə tətbiqi tədqiqatlar üçün üçün 50 000,0; sosial müdafiə və sosial təminat sahələri üzrə digər müəssisə və tədbirlər üçün 3 250 456 803,0; dövlət sosial müdafiə fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün ayrılan vəsait 1 145 967 169,0 manat olacaq.