• 25 Aprel 2024
logo
Gələn il üçün icbari tibbi sığorta xərcləri açıqlanıb

Gələn il üçün icbari tibbi sığorta xərcləri açıqlanıb

Gələn il əhalinin dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığortalanması xərcləri və səhiyyə sahəsində bir sıra dövlət proqramlarının və tədbirlərin maliyyə təminatı üçün ayrılan vəsait məlum olub.
Bu, "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, əhalinin dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığortalanması xərcləri və səhiyyə sahəsində bir sıra dövlət proqramlarının və tədbirlərin maliyyə təminatı üçün 1 125 674 629,0 manat vəsait ayrılacaq.