• 9 Dekabr 2021
logo
ADU-da 14 tələbə koronavirusa yoluxub, 3 qrup distant təhsilə keçib

ADU-da 14 tələbə koronavirusa yoluxub, 3 qrup distant təhsilə keçib

"Azərbaycan Dillər Universitetində tədris prosesi Nazirlər Kabinetinin və Təhsil Nazirliyinin mövcud təlimatlarına əsasən təşkil olunub. Tədris zamanı bütün karantin qaydalarına riayət olunur".
Bunu APA-ya açıqlamasında Universitetin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cavid Zeynallı bildirib. Onun sözlərinə görə, COVİD-19-a yoluxma halı təəssüf ki, bütün orta və ali təhsil müəssisələri kimi Azərbaycan Dillər Universitetində də var: "Həmin tələbələr karantinə alınıb. Yoluxan tələbələrin qayıbının nəzərə alınmaması məsələsi tamamilə əsassızdır. Virusa yoluxma haqqında sənəd təqdim edən tələbələrin qayıbı nəzərə alınacaq. Bu, təlimata əsasən indi yox, semestrin sonunda həyata keçirilir. Hazırda virusa yoluxan tələbələrin sayı 14-dür. 3 qrup isə müvəqqəti olaraq distant təhsilə keçib".