• 17 Aprel 2024
logo
Yunanıstan Baş naziri İlham Əliyevi təbrik etdi

Yunanıstan Baş naziri İlham Əliyevi təbrik etdi

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis İlham Əliyevi yenidən Azərbaycan Prezidenti seçilməsi münasibətilə təbrik edib.

Baymedia.az-ın məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli Prezident.

Prezident seçkilərindəki qələbəniz münasibətilə Sizi təbrik edir və yeni səlahiyyət müddətinizdə Zati-alinizə uğurlar arzulayıram.

Fürsətdən istifadə edərək, Azərbaycanla əməkdaşlığımızı qarşılıqlı mənafeyimiz naminə davam etdirməyə hazır olduğumuzu bildirirəm. Əminəm ki, əsasını strateji enerji əməkdaşlığımızın təşkil etdiyi ikitərəfli dialoqumuz gələcəkdə digər sahələrdə də genişlənəcəkdir.

Mən sülhün möhkəmləndirilməsi, beynəlxalq hüquqa hörmət və mehriban qonşuluq münasibətləri istiqamətində Sizinlə birgə işləməkdə davam etməyi səbirsizliklə gözləyirəm.

Hörmətli Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".