• 6 Dekabr 2023
logo
“İndi də qalib xalqa qarşı cəza istəyirlər”

“İndi də qalib xalqa qarşı cəza istəyirlər”

“Ulu öndər Heydər Əliyev 907-ci düzəlişə qarşı uzun illər savaşarkən demişdi: “pulunuzu istəmirik, lakin haqsız qərarınız bizi mənəvi cəhətdən əzir”. Gerçəkdən, hökm kimi sözlərdir. İndi 92-ci ildəki məğlub yox, qalib xalqa qarşı cəza istəyirlər”.
Baymedia.az xəbər verir ki, bunu millət vəkili Zahid Oruc Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib: “Bayden Administrasiyası 20 sentyabrdan sonra Azərbaycanla münasibətlərin pisləşdiyini deyir və guya bizi sülhə gətirirlər. Azərbaycanın Ermənistana hücum edəcəyini dövlət katibi Blinkenin adından yayıb, sonra təkzib edənlərin niyyəti barış deyil. “Dağlıq Qarabağın gələcəyi” adlı dinləmə keçirənlər, separatizmin ideoloqları və ünvanıdılar. Vaxtilə, Vudro Vilsonun qərarı və Arbitraj məhkəməsinin aktları nəydisə, indi Senatın siyasi addımları da odur”.