• 27 İyul 2024
logo
Ceyhun Bayramov Britaniya səfiri ilə görüşdü

Ceyhun Bayramov Britaniya səfiri ilə görüşdü

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld Ceyhun Bayramovla görüşüb.

Baymedia.az xəbər verir ki, bu barədə səfir X hesabında paylaşım edib.

"Xarici İşlər Naziri Ceyhun Bayramovla görüş zamanı Kenterberi arxiyepiskopu Castin Velbi ilə əhəmiyyətli müzakirələr apardıq. Biz davam edən humanitar yardımları və Qarabağın bütün sakinlərinin hüquqlarının müdafiəsini müzakirə etdik", - paylaşımda qeyd edilib.