• 19 Mart 2024
logo
Azərbaycan İnsan Hüquqları Təşkilatı yaradıldı

Azərbaycan İnsan Hüquqları Təşkilatı yaradıldı

Xaricdə və Güneydə yaşayan bir neçə tanınmış hüquqşünas tərəfindən Azərbaycan İnsan Haqları Təşkilatı yaradılıb.
Baymedia.az xəbər verir ki, güneyli hüquqşünaslar tərəfindən yaradılan qurum Güney Azərbaycanda insan hüquqları məsələlərinə diqqət yetirmək və insan haqları pozuntuları ilə bağlı məlumatları beynəlxalq ictimaiyyətə, təşkilatlara çatdırmaq məqsədi daşıyır.
Almaniyada mühacirətdə yaşayan Nağı Mahmudi təşkilatın sədri, Təbrizdə yaşayan vəkil Hüseyn (Sina) Yusifi isə sədr müavini seçiliblər.
Qeyd edək ki, təşkilatda bir neçə başqa tanınmış güneyli vəkil, o cümlədən Fatimə Cavidmehr, Arzu Abdullahi Şamlu, Qasım Bodi, Əmir Mehdipur və s. təmsil olunur.