• 19 Aprel 2024
logo
Ermənilər DSX-nin mövqelərini atəşə tutdu

Ermənilər DSX-nin mövqelərini atəşə tutdu

Dekabr ayının 8-də saat 21:00 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində, Ermənistan silahlı qüvvələrinin bölmələri, Qafan rayonunun Nerkin-And və Tsav yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq və Rəzdərə yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərini iri çaplı silahlardan fasiləsiz olaraq atəşə tutub.
Bu barədə Baymedia.az-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
Görülmüş cavab tədbirləri nəticəsində düşmənin atəş nöqtələri susdurulmuşdur. Əməliyyat şəraiti bölmələrimizin tam nəzarətindədir.
Dövlət Sərhəd Xidməti bu hadisəni Ermənistan tərəfinin növbəti təxribatı kimi dəyərləndirir.