• 23 Aprel 2024
logo
Sülhməramlıların ailələri Qarabağa köçürülərsə…

Sülhməramlıların ailələri Qarabağa köçürülərsə…

Erməni mənbələr sülhməramlıların ailələrinin Qarabağa köçürülməsi ilə bağlı iş aparıldığını iddia edir: Araik Rusiya ilə bu istiqamətdə danışırlar aparır, razılıq verildiyinə dair məlumatlar var.
İnformasiyanın doğruluğu sual altındadır - xüsusilə rus kontingentindəki hərbçilərin zaman-zaman yerdəyişməsi fonunda. Lakin bu ssenarinin separatçılara və ruslara sərf etdiyi də həqiqətdir:
- Separatçılar mümkün hərbi əməliyyatlar zamanı Azərbaycanı “sülhməramlıların ailələrinə qarşı da hücumda” ittiham edə, bununla rus kontingenti üzərindən özlərinin müdafiəsini təşkil edə biləcəklər;
- Rusiya bununla Qarabağdakı “rus icması”nı böyüdə və bölgədə uzunmüddətli qalmaq imkanlarını genişləndirə bilər.
Asif Nərimanlı