• 20 Aprel 2024
logo
Alen Simonyan: Əliyevlə Paşinyan ilin sonuna qədər görüşə bilər

Alen Simonyan: Əliyevlə Paşinyan ilin sonuna qədər görüşə bilər

"Ermənistan və Azərbaycan liderlərinin ilin sonuna qədər görüşməsini mümkün sayıram".
Baymedia.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.
Alen Simonyan jurnalistlər üçün keçirdiyi brifinqdə ilin sonuna qədər ölkələrin liderləri səviyyəsində görüşün keçirilməsinin mümkün olub-olmaması və onun harada keçirilə biləcəyi sualına cavab verərkən bunu deyib.
“Hələlik görüşün harada keçiriləcəyi ilə bağlı məlumat yoxdur, lakin biz istənilən məzmunlu müzakirəyə hazır olduğumuz üçün Brüsseldə görüşməyə hazırıq. Bilirsiniz ki, baş nazirin müavinləri səviyyəsində görüş keçirilib və növbəti görüşlə bağlı razılıq əldə olunub. Yenə deyirəm, dövlət başçıları səviyyəsində görüşlə bağlı, hələlik konkret məlumatımız yoxdur, lakin görüşün ilin sonuna qədər baş tutması mümkündür”, - Simonyan bildirib.