• 19 Mart 2024
logo
Ermənistan Bakıya 10 meyit və 2 xəritə verdi

Ermənistan Bakıya 10 meyit və 2 xəritə verdi

Ermənistan Azərbaycana Birinci Qarabağ müharibəsində ölən 10 nəfərin meyitinin qalıqlarını verib.

Baymedia.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

“1 dekabrda Ermənistan Azərbaycana Birinci Qarabağ müharibəsində öldüyü ehtimal edilən 10 nəfərin meyitinin qalıqlarını, həmçinin 4 meyitin basdırıldığı yerin xəritəsini (2 xəritə) verib”, - məlumatda qeyd edilib.

Bildirilib ki, 10 noyabr 2020-ci ildən indiyədək Ermənistan Birinci Qarabağ müharibəsində ölənlərdən 140 nəfərinin meyitinin qalıqlarını və 5 xəritə verib.

Qeyd edək ki, məlumatla bağlı Azərbaycanın rəsmi açıqlaması hələ yoxdur.

Xəbər yenilənəcək...