• 5 Fevral 2023
logo
Rusiya MN Azərbaycanla bağlı bu səhvini düzəltdi - Foto

Rusiya MN Azərbaycanla bağlı bu səhvini düzəltdi - Foto

Rusiya Müdafiə Nazirliyinin ölkəmizə müvəqqəti yerləşdirilən rus sülhməramlılarının gündəlik fəaliyyətinə dair dünən paylaşdığı xəritədə “Dağlıq Qarabağ” ifadəsindən başqa digər yerlər Azərbaycan dilində qeyd olunub.

Baymedia.az xəbər verir ki, bu haqda Rusiya MN-nin rəsmi internet səhifəsində xəritə yerləşdirilib.

Qeyd edək ki, Qarabağda müvəqqəti yerləşdirilən sülhməramlı qüvvələrin komandanı general-mayor Andrey Volkov 3 dekabr tarixində jurnalistlərin sualına cavabı zamanı toponimlərimizə hörmətlə yanaşdıqlarını, onları Azərbaycan tərəfinin göndərdiyi adlarla qeyd etdiklərini, lakin Rusiya MN-nin internet səhifəsində bu qaydaya düzgün əməl olunmadığını bildirmişdi.