• 2 Dekabr 2022
logo
Qüdrət Həsənquliyev: “Böyük özəlləşdirməyə getməliyik”

Qüdrət Həsənquliyev: “Böyük özəlləşdirməyə getməliyik”

“Böyük islahatlara gedilməsə nəticə arzuladığımız səviyyədə olmayacaq”

“Sovet İttifaqı ona görə dağıldı ki, dövlət mülkiyyəti özünü doğrultmadı”.
Bunu parlamentin plenar iclasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüququ siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.
Millət vəkili əlavə edib ki, Azərbaycanda iqtisadiyyatın əsas sahələri dövlətin nəzarətindədir: “Biz, böyük özəlləşdirməyə getməliyik. Bu yolla büdcə gəlirlərini 3-4 dəfə, bəlkə də daha da çox məbləğdə artıra və rəqabətli, azad bazar iqtisadiyyatına keçid əldə edə bilərik. Mən, həmkarlarımı buna çağırıram. Bilirəm ki, İqtisadi inkişaf nazirliyi səy göstərir, həqiqətən də iqtisadiyyatımızın inkişafı üçün çalışırlar, əziyyət çəkirlər. Amma yenə də deyirəm, böyük islahatlatra gedilməsə nəticə bizim arzuladığımız səviyyədə olmayacaq”.
Əli