• 29 Mart 2024
logo
Xankəndidə bildiriş: Azərbaycana xoş gəlmisiniz!

Xankəndidə bildiriş: Azərbaycana xoş gəlmisiniz!

Xankəndidə Rusiyanın mobil operatoru “Tele2”nin xidmətlərindən istifadə edənlərə gələn bildiriş diqqət çəkib.
Oxu.az xəbər verir ki, bildirişdə “Azərbaycana xoş gəlmisiniz!” ifadəsi, həmçinin mobil operatorun təklif etdiyi danışıq və internet tarifləri təqdim olunur.
Bildirişdə digər diqqətçəkən məqam isə mobil operatorla bağlı yarana biləcək xidmətlərlə əlaqədar Rusiyanın Azərbaycandakı səfirliyinin telefon nömrəsinə (+994 12 597-08-70) müraciət olunmasının tövsiyə edilməsidir.