• 30 İyun 2022
logo
Radikalların növbəti özünüifşası

Radikalların növbəti özünüifşası

Radikal müxalifət düşərgəsində “atəşkəs” yenidən pozulub. Həm də sözün bütün mənalarında... Uzun illərdən bəri ideoloji vaakumun məngənəsində qütb dəyişən bu maraq və mənafe radikallarının sabitqədəm olduqları yeganə məkan mənsub olduqları düşərgənin içəriyə doğru hərəkət etməkdə olam sərhədləridir. Hətta bu sərhədlər çərçivəsində belə daxili qarşıdurmalardan, ziddiyyətlərdən və ittihamlardan vaz keçə bilmirlər. Bu düşərgənin ənənəvi yay və qış düşərgələrindən yeganə fərqi isə səmimiyyətin, saflığının və digər bu kimi insani dəyərlərin sözügedən arenanı əbədilik tərk etməsindədir.

Pandemiyanın daha aktiv mərhələsində videoformatda keçirdikləri toplantılarda bir-birini urvatdan salan, enerji resurslarının qiymətlərinin dünya bazarında aşağı düşməsindən “xoşbəxt olub çəpik çalan” Əli Kərimli, Gültəkin Hacıbəyli və digərləri indi də öz düşərgədaşlarının hədəfində mahiyyətlərinə uyğun olaraq qıvrılmağa başlayıblar. Bunu Kərimlinin ən yaxın ətrafına daxil olan və hətta Azərbaycan siyasətinin zƏlisinə görə qınağa tuş gələn Tofiq Yaqublunun sosial şəbəkələrdə və bəzi internet resurlarında yayılan səs yazısından da sezmək mümkündür. Məlum səs yazısında Tofiq Yaqublu deyir ki, Əli Kərimli Elçibəy hakimiyyətinin devrilməsində yer alıb və sabiq prezidentin impiçment layihəsinin hazırlanmasında iştirak edib. Əslində Əli Kərimlinin siyasi keçmişi və xarakteri son 30 ərzində ictimai-siyasi proseslərin epidsentrində yer alan insanlara bəlli olmasaydı, o zaman Tofiq Yaqublunun iddialarına önəm vermək olardı. Amma Kərimlinin öz liderinə xəyanəti, bir zamanlar onun gözdən salınmasına xidmət edən kampaniyanın başında dayanması, bu proseslərin şahidi və iştirakçısı olan çoxlarına bəlli olduğu üçün Tofiq Yaqublunun açlıqlamaları sıradan bir hadisə kimi qəbul olunur. Yəni rezonans doğurmur. Adam, zatən xəyanət dağarcığı, çirkab gölməçəsidir. Nə atırsan, at, özünə doğru çəkir. Əbülfəz Elçibəyin sağalmaz xəstəliyə düçar olduğu günlərdə Kərimli və “yurd”daşlarının bütün zamanlar üçün heç bir ölçüyə sığmayan davranışlarını da, düşünürəm ki, ləyaqət hissini itirməyən hər kəs xatırlayır və ehtiyac duyulduğu təqdirdə xatırlada bilər. “Yağış” yağsa da çatlaqlar örtülməyib. Olub keçənləri, çox güman ki, indi yönünü, donunu, maskasını dəyişənlər də unutmayıblar. Amma “Mövqe”yi, “Məkan”ı, siyasi və ideoloji “Azadlığ”ı olmayanlardan hər şey gözləmək mümkündür...

Tofiq Yaqublu səs yazısında Gültəkin Hacıbəylinin viran qalmış “bostan”ına daş atmağı da unutmur. Lakin Yaqublunun vaxtilə deputat səlahiyyətlərindən istifadə edib əslini-kökünü nəcabətə bağlamaq istəyən, siyasi anlamda isə KÜL təkin olduğunun sübuta ehtiyacı qalmayan Gültəkinin Hacıyevanın ünvanına, hələlik bəlli olmayan səbəblərdən ehtiyatla səslənməsi, vaxtilə əks düşərgədə təmsil olunan bu xanımın “eqzotik” ittihamlarını və ölçüyəsığmaz məddahlığını unutmuş kimi davranması təəccüb doğurur. Adamdan soruşan gərək, bu ehtiyatlılığın səbəbi nədir, Glütəkin Hacıyeva vaxtilə radikal müxalifətin ünvanına səsləndirilən ən fantastik ittihamların müəlliflərindən biridir. Günlərin birində bir dəfə dəyişdiyi düşərgəni yenidən dəyişə bilər. Belələri, Türkiyə türklərinin təbirincə desək, , “isti ocaq-isti qucaq peşindədirlər”.

Belə... Əslində Tofiq Yaqublunun məlum səs yazısının üzərindən keçmək də olardı. Mahiyyət etibarilə bu insanlar Azərbaycan siyasətinin keçmişi olduqlarını hər addımda və həm də dəfələrlə sübuta yetiriblər. Amma sadəcə unudulmasın deyə yazdım. Unudulmasın ki, dövlətinə, xalqına xəyanət yolunu tutanların gerçək mahiyyətinin gün işığına çıxarılması üçün gənclərimiz vaxt və enerji itkisinə məruz qalmasınlar.

Elçin Mirzəbəyli