• 19 May 2022
logo
Rusiya XİN: İkitərəfli komissiya Ermənistan-Azərbaycan sərhədində insidentlərin qarşısını alacaq

Rusiya XİN: İkitərəfli komissiya Ermənistan-Azərbaycan sərhədində insidentlərin qarşısını alacaq

Soçidə 26 noyabr 2021-ci il tarixində qəbul olunmuş üçtərəfli bəyanatın həyata keçirilməsi ilə bağlı tərəfdaşlarla sıx işləməyə davam edirik.
Bu barədə bu gün Rusiya Xarici İşlər Nazirliyinin (XİN) İnformasiya və Mətbuat Departamentinin rəhbərinin müavini Aleksey Zaytsev keçirdiyi brifinqdə bildirib.
“Bu bəyanatda Rusiyanın məşvərətçi yardımı ilə Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı ikitərəfli komissiyanın yaradılması nəzərdə tutulub. Əminik ki, komissiyanın formalaşdırılması və delimitasiya prosesinə başlanılması sərhədyanı insidentlərin baş verməsinin qarşısını almağa imkan verəcək və ümumilikdə, Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına vacib töhfə verəcək”, - Rusiya XİN nümayəndəsi vurğulayıb.
O diqqətə çatdırıb ki, profil təmaslarının keçirilməsi planlaşdırılır və bu barədə mətbuata məlumat veriləcək.