• 25 Aprel 2024
logo
Ceyhun Bayramov İƏT XİN Şurasının iclasına qatılacaq

Ceyhun Bayramov İƏT XİN Şurasının iclasına qatılacaq

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının iclası martın 22-23-də İslamabadda keçiriləcək.
Bu barədə Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee "Twitter"də bildirib.
İƏT-in Xarici İşlər Nazirləri Şurasının 48-ci iclasında iştirak etmək üçün səfir bu gün Pakistan xarici işlər nazirinin dəvətini Azərbaycan xarici işlər naziri Ceyhun Bayramova təqdim edib.