• 19 Aprel 2024
logo
Zakir Həsənov Azərbaycanın İrandakı səfirliyində olub

Zakir Həsənov Azərbaycanın İrandakı səfirliyində olub

Azərbaycanın müdafiə nazirinin İrana rəsmi səfəri davam edir.
Müdafiə Nazirliyindən verilən məlumata görə, İran İslam Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyini ziyarət edib.
General-polkovnik Z.Həsənov səfirliyin inzibati binasında ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad edib.