• 18 May 2022
logo
Türkiyə səfirliyi: Qardaş Azərbaycanın kədərini bölüşürük

Türkiyə səfirliyi: Qardaş Azərbaycanın kədərini bölüşürük

Türkiyənin Azərbaycandakı səfirliyi 20 Yanvar faciəsi ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.
Səfirlik bununla bağlı "Twitter" hesabında paylaşım edib.
"1990-cı il yanvar ayının 20-də baş verən hadisələrin 32-ci ildönümündə faciə nəticəsində şəhid olan bacı-qardaşlarımızın əziz xatirəsini ehtiramla yad edirik.
Türkiyə dövləti olaraq Ümumxalq Hüzn Günündə də qardaş Azərbaycanın kədərini bölüşürük", - deyə paylaşımda bildirilir.