• 20 Yanvar 2022
logo
Sahibə Qafarova İƏT Parlament İttifaqının 16-cı konfransında iştirak edəcək

Sahibə Qafarova İƏT Parlament İttifaqının 16-cı konfransında iştirak edəcək

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqının (İƏT Pİ) 16-cı Konfransında iştirak etmək üçün dekabrın 8-də İstanbula gedəcək. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xalqcəbhəsi.az-a verilən məlumata görə, Nümayəndə heyətinin tərkibinə Milli Məclisin deputatı Ceyhun Məmmədov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.
Milli Məclis sədrinin İƏT Pİ-nin 16-cı konfransında çıxışı gözlənilir. Parlament sədrinin tədbirdə iştirak edən nümayəndə heyətləri rəhbərləri ilə bir sıra görüşləri də nəzərdə tutulub. Görüşlərdə təşkilat çərçivəsində əməkdaşlığın gələcək inkişaf istiqamətləri, parlamentlərarası əlaqələrin dərinləşməsi və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
Səfər dekabrın 11-də başa çatacaq.