• 9 Dekabr 2021
logo
Arşakyan: Bakı Qarabağı xilas edir, paxıllıqla baxırıq

Arşakyan: Bakı Qarabağı xilas edir, paxıllıqla baxırıq

Bu gün ermənilərin heç nəyi yoxdur – nə döyüş qabiliyyətli ordusu, nə “arsax”ı, nə də yaşamaq mümkün olmayan Ermənistanı. Biz özümüz hər şeydə təqsirkarıq və bu gün də başımıza, dizimizə vurmaqdan başqa heç nə edə bimərik.
Bu fikirləri erməni siyasi şərhçi Tevos Arşakyan səsləndirib.
“"Bu gün bütün erməni xalqı Azərbaycana və onun Qarabağda etdiklərinə həsədlə baxır. Bəli, azərbaycanlılar qollarını çirmələyərək, yalnız paxıllıq edə biləcəyimiz güclü enerji ilə Qarabağı dirçəltməyə can atırlar.
Artıq Füzulidə aeroport da hazırdır, bu gün onu Azərbaycan və Türkiyə prezidentləri açdılar. Bir ildən bir qədər əvvəl heç bir erməni bunu təsəvvür belə edə bilməzdi.
Ermənilərin kökündən yanlış yanaşması var idi. Hər şeydən əvvəl ermənilər özləri-özlərinə sual verməlidirlər: “arsax”ın çiçəklənməsi və dirçəlməsi naminə biz nə etmişik? Biz 30 il ərzində heç orada normal yollar belə qura bilməmişik. Bu illər ərzində heç bir iş görülməmişdir. Hər şey oğurlandı, talandı. Əvvəlcə Köçəryanın “tulası” oğurladı, sonra Qukasyan və Saakyan, axırda da Arutyunyan bu işi tamamladı.
Ermənistan isə Qarabağın boğulmasına sakitçə kənardan baxırdı. Əvvəllər 150 min nəfərə yaxın əhalisi olan yerlərdə 2020-ci ilin sentyabr ayında minimum insan yaşayırdı. İnsanlar sadəcə “artsax”dan qaçırdı. Çünki onlar aç idilər. Biz ermənilər hələ müharibədən əvvəl “artsax”ı itirmişdik. Çünki bizə Qarabağ lazım deyildi.
İndi biz paxıllıqla azərbaycanlıların Qarabağda etdiklərinə baxırıq”, - deyə erməni ekspert qeyd edib.