• 18 Aprel 2024
logo
Ceyhun Bayramov Ermənistana xəbərdarlıq edib

Ceyhun Bayramov Ermənistana xəbərdarlıq edib

“Revanşist yanaşma və əməkdaşlıq seçimi Ermənistan hökuməti və onun xalqından asılıdır”.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov slovakiyalı həmkarı ilə birgə mətbuat konfransında deyib.
O, Azərbaycanın əməkdaşlığa, tərəfdaşlığa yönəlmiş addımları müsbət cavablandırmağa hazır olduğunu bəyan edib.
“Azərbaycana qarşı hər hansı addımlar olarsa, təbii ki, biz buna cavab verəcəyik”, - XİN rəhbəri vurğulayıb.
C. Bayramov qeyd edib ki, Azərbaycan öz üzərinə düşən öhdəlikləri yerinə yetirir.