• 6 Dekabr 2021
logo
Vüqar Kərimov: "Ermənistandan gələn çayların çirkləndirilməsinin azaldılması ilə bağlı işlərə başlanılıb"

Vüqar Kərimov: "Ermənistandan gələn çayların çirkləndirilməsinin azaldılması ilə bağlı işlərə başlanılıb"

"Ermənistan ərazisindən keçib gələn 4 çayımız var. Bunlar Bərgüşad, Oxçuçay, Bəsitçay və Araz çayıdır. Araz çayı İran və Ermənistan ərazilərindən keçməklə gəlir".
Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib.
Nazir müavini deyib ki, bu çayların içərisində çirklənməsinə görə kritik vəziyyətdə olan Oxçuçaydır: "ETSN və digər aidiyyatı qurumlar Ermənistanın çayı çirkləndirməsini azaltması ilə bağlı əməli işlərə başlayıb. Çayların çirkləndirilməsinin dayandırılması vacib məsələdir. Çünki ora qayıdan əhalinin təmiz su ilə təminatı dövlətin öhdəliyidir".