• 17 Oktyabr 2021
logo
Perunun nüfuzlu media qurumu millət vəkili Sahib Aliyevlə müsahibəni təqdim edib

Perunun nüfuzlu media qurumu millət vəkili Sahib Aliyevlə müsahibəni təqdim edib

Peru Jurnalistləri Federasiyasının rəsmi səhifəsində qurumun vitse-prezidenti, işğaldan azad olunmuş ərazilərimizdə səfərdə olmuş tanınmış perulu jurnalist Rikardo Sançezin Milli Məclisdə Azərbaycan-Peru parlamentlərarası işçi qrupunun sədri, millət vəkili Sahib Alıyev ilə müsahibəsi əsasında məqaləsi dərc olunub.
Azərbaycanın Meksikadakı Səfirliyindən verilən məlumata görə, müsahibədə S.Alıyev Azərbaycanla Peru arasında ikitərəfli əlaqələrin tarixindən və hazırkı durumundan danışıb, bu xüsusda 2019-cu ildə Perunun Azərbaycandakı diplomatik nümayəndəliyinin fəaliyyətini müvəqqəti dayandırmasının dostluq əlaqələrimizin ruhuna uyğun gəlmədiyini bildirib və yaxın vaxtlarda Peru Konqresindəki Azərbaycanla dostluq qrupu ilə görüşməyi və Bakıdakı səfirliyinin fəaliyyətini bərpa etməsi üçün Peru hökumətinə birgə müraciət edilməsi haqda müzakirələr aparmağı planlaşdırdığını qeyd edib.
Sonra millət vəkili Peru Konqresinin 2013-cü ildə Xocalı soyrımını tanıyan sənəd qəbul etməsinə görə təşəkkürünü ifadə edib.
Azərbaycanın Qoşulmama Hərəkatının sədrliyi qismindəki fəaliyyətindən danışan S.Alıyev, Perunun da QH çərçivəsində fəallığını artırmasının təşkilatın nüfuzunun möhkəmlənməsi baxımından faydalı ola biləcəyini söyləyib.