• 17 Oktyabr 2021
logo
İran sonunun gəlməsini istəmirsə....

İran sonunun gəlməsini istəmirsə....

Arzu Şirinova

Bəzən deyirlər ki, İranın əsl siması bəlli oldu. Xeyr, Iranın əsl siması İran adlı dövlət yaranandan, Azərbaycanı Rus imperiyası ilə birləşib ikiyə böləndən, Azərbaycanın Cənubunda fars-molla rejimini qurandan bəllidir.
Azərbaycanın müstəqil dövlət olaraq varlığı hər zaman fars-molla rejimini qorxuya salıb. Çünki müstəqil dövlət öz hüquqlarını bilir və bu istiqamətdə işini qurub, siyasətini yeridir. Ancaq nə yazıq ki, Ermənistan və onun havadarları Azərbaycanı 30 il geri atdılar. Sovet imperiyasının çöküşü ərəfəsində növbəti dəfə Ermənistan Azərbaycana torpaq iddiasını ortaya qoydu və Dağlıq Qarabağda (Azərbaycan Prezidenti cənab İlham Əliyev demişkən “artıq Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur”) fəaliyyətə başladı. Sovet İmperiyasının, sonradan Rusiyanın havadarlığı və maddi, silah-sursat dəstəyi ilə Ermənistan silahlı qüvvələri 20 Yanvar faciəsinin müsibətini yaşayan, özünə gəlməyən Azərbaycanın əzəli torpaqlarına silahlı hücumlar etməyə başladı. Xocalı faciəsini yaşadıq. Və bundan sonra faciələrimiz sanki sıraya düzüldü-Şuşa, Laşın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan.
Azərbaycan bu faciələri yaşayan ərəfədə kim deyə bilər ki, fars-molla rejimi və onun dini rəhbəri səsini qaldırdı, Ermənistanı işğalçı siyasətinə görə qınadı. Olubsa da, gözdən pərdə asmaq üçün ediblər. Arxada erməniyə arxa-dayaq durublar. Azərbaycanla Ermənistanın sərhədləri bağlandıqdan sonra fars-molla rejimi Ermənistana madi-mənəvi dəstəyini əsirgəməyib. Erməniləri acından ölməyə, soyuqdan gəbərməyə qoymayıb. Hətta erməni silahlıları torpaqlarımızı işğal edib qənimətlər ələ keçirəndə İran bazarları onların üzünə açıq olub ki, satıb pul qazansınlar. Məscidlərimiz, dini abidələrimiz donuz yatağı kimi istifadə edilib. Sual olunur, “din, Allah, Peyğəmbər, İmam” deyib, yaxasını cırıb, səsini başına atan İranın ali dini rəhbəri, mollalar, niyə erməniyə dur demədiniz? Niyə bir dəfə də olsun ermənilərin bu əməllərini ifşa edən fətva vermədiniz? Çünki Ermənistanın işğalçılıq siyasəti fars-molla rejiminin maraqlarına tam uyğun idi. Elə zənn edirdilər ki, Ermənistanın işğalçılıq siyasəti davamlı olacaq, Azərbaycan işğal nəticəsində itirdiyi 20 faiz torpaqlarını geri almaq gücündə olmayacaq və Azərbaycan xalqı şərəfini, heysiyyatını itirən bir xalq kimi tarixdə qalacaq. Tam məsuliyyətlə deyə bilərəm ki, fars-molla rejimi bunu arzulayırdı, hətta Azərbaycanın bu durumda olması üçün dualarını belə əsirgəmirdilər. Ancaq İran adlanan dövlət bunun tərsini gördü.
2020-ci il sentaybrın 27-də Azərbaycanın Ali Baş Komandanı İlham Əliyev torpaqlarımızda anti-trrror əməliyyatına başlamaq əmrini verdi. Müzəffər ordumuz bir-bir kəndlərimizi, şəhərlərimizi qanları, canları bahasına azad etdilər. Və bütün dünya, eləcə də fars-molla rejimi azad edilən yurdlarımızda erməni vandallarının cinayət əməllərinin şahidi oldular. Azərbaycan torpaqlarını işğaldan azad etməyə başladığı andan etibarən qardaş Türkiyə mənəvi, siyasi dəstəyini əsirgəmədi. Bu dəstək hazırda da davam edir. Türkiyənin ardınca Pakistan, İranın “sionist” adlandırdığı İsrail də Azərbaycanı dəstəkləyən ölkələr sırasında yer aldı. Fars-molla rejimi isə Vətən Müharibəsinin 10-cu günü səsini qaldırdı. Bu zaman yenə də gözdən pərdə asmaqla məşğul idi. Çünki digər tərəfdən İran maşınları Ermənistana yardımlar dışıyırdı. Bundan duyuq düşən Cənubi Azərbaycandankı soydaşlarımız fars-molla rejiminin Ermənistana yardımına əngəl oldular. Həmin vaxtlar neçə maşın yandırıldı, yararsız hala salındı. Təbii ki, rejimin siyasəti davam edirdi. Ermənistan Gəncəni, Tərtəri, Bərdəni, hətta Bakı ətrafını da raket atəşlərinə tutdu. Gəncədə, Tərtərdə, Bərdədə dinc əhali atılan raketlərin, qrad qurğularının nəticəsində şəhid oldu, evləri dağıldı. Baş verənlərin hansı birində fars-molla rejiminin səsini eşitdik. Heç birində. Çünki özləri və ermənilər demişkən-qardaşlarından heç vaxt vaz keçməyəcəklər.
Vətən Müharibəsi cəmi 44 gün çəkdi. Və Ermənistan məğlub edilərək üçtərəfli (Azərbaycan, Rusiya və Ermənistan) bəyanata imza atmaq məcburiyyətində qaldı. Həmin bəyanatda bəndlərdən biri də Zəngəzur dəhlizinin açılmasıyla bağlıdır ki, fars-molla refimi bu dəhlizin açılmaması üçün bütün iyrənc resurslarını işə salıb. Bilir ki, dəhlizin açılması Azərbaycanın güclü olması, Ermənistanın sülh sazişinə imza atması, Türkiyənin bölgədə möhkəmlənməsi, söz sahibi olması və c. deməkdir. Bu isə, İranın maraqlarına cavab vermir. Və başlayıb Azərbaycana hədə-qorxu gəlməyə. Daha bilmir ki, Azərbaycan 30 il bundan əvvəlki Azərbaycan deyil. Artıq güclü oldusu, vuran biləyi, ucalan səsi var. Daha bilmir ki, Cənubi Azərbaycandakı 35 milyon türkün aşıb-daşan səbri də bir yerə qədərdi. Bu səbr tükənən vaxt İranın sonu gələ bilər. İran sonunun gəlməsini istəmirsə....